Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti vətəndaşlara müraciət edir

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti vətəndaşlara müraciət edir

Azərbaycan Respublikasının Silahlı Qüvvələri 30 ilə yaxın bir müddətdə Ermənistan Respublikası tərəfindən işğal edilmiş torpaqlarımızı azad etmişdir. İşğal nəticəsində bir milyon nəfərə yaxın Azərbaycanlı ata-baba yurdundan didərgin düşmüş, ərazidə olan bütün infrastruktur məhv edilmiş, eləcə də tarix və mədəniyyət abidələrimiz Ermənistan Respublikasının təcavüzkar siyasətinin qurbanına çevrilmişdir.

Ötən müddət ərzində Ermənistan  tərəfi qeyri-qanuni fəaliyyətini davam etdirərək Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yerləşən müxtəlif dövrlərə aid daşınmaz tarix və mədəniyyət abidələrinin bir qismini dağıdaraq yox etmiş, bir qismini mənimsəmiş, bir qismini isə vandalizm aktlarına məruz qoymuşdur.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun doğma torpaqlarımızı işğaldan azad etməsi nəticəsində həmin ərazilərdə yerləşən milli-mədəni irsimiz diqqətdə saxlanılacaq, bərpa  olunaraq yenidən xalqımıza qaytarılacaqdır.

Vandalizmə, dağıntıya və erməniləşdirməyə məruz qalmış tarix və mədəniyyət abidələrinin ilkin görkəminə qaytarılması üçün vətəndaşlarımızı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsünə dəstək göstərməyə çağırırıq. Vətəndaşlarımızdan Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş şəhər və rayonlarımızda yerləşən tarix və mədəniyyət abidələrinin və ya həmin abidələrin fonunda çəkilmiş fotoları skan edilmiş formatda Dövlət Xidmətinin rəsmi elektron ünvanına göndərmələri xahiş olunur.

Qabaqcadan milli-mədəni irsimizin bərpa olunaraq yenidən xalqımıza qaytarılması işinə dəstək göstərən hər bir vətəndaşımıza təşəkkürümüzü bildiririk.

Əlaqə üçün:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti

Tel: +994124989427

E-mail: info@heritage.gov.az


886

13.11.2020

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yeni loqotipinin hazırlanması ilə bağlı müsabiqə elan edir

Müsabiqədə iştirak şərtləri:

- Loqotip dizaynı özündə Dövlət Xidmətinin fəaliyyəti, strategiya və missiyasına dair elementləri ...


11.12.2019

Davamı...

Azərbaycan Respublikasının mədəniyyət naziri Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu ...


09.10.2018

Davamı...

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti — BİLDİRİŞ

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, ...


07.09.2018

Davamı...

Azərbaycan Respublikasının mədəniyyət naziri Qusar şəhərində vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu ...


04.09.2018

Davamı...

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti – BİLDİRİŞ

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ...


27.07.2018

Davamı...

Azərbaycan Respublikasının mədəniyyət naziri Qazax şəhərində vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu ...


19.07.2018

Davamı...

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti – BİLDİRİŞ

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ...


08.06.2018

Davamı...

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti – BİLDİRİŞ

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ...


08.06.2018

Davamı...

Azərbaycan Respublikasının mədəniyyət naziri Salyan şəhərində vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu ...


21.05.2018

Davamı...

1 2