








Mədəniyyət naziri Cəlilabadda vətəndaşları qəbul edib
Ölkə başçısının müvafiq tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir. Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev noyabrın 30-da Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran şəhərindən, Cəlilabad, Astara, Lerik, Masallı və Yardımlı rayonlarından vətəndaşları qəbul etdi.
Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olundu. Abidə önünə tər çiçək dəstələri düzüldü.
Sonra nazir Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış oldu, tapşırıq və tövsiyələrini verdi.
Qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinə baxıldı.
Lənkəran şəhərindən qəbula yazılan sakinlər Bəlləbur kəndində yerləşən “Bəlləbur” qalasında arxeoloji işlərin aparılması, işlə təmin olunma və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırdılar.
Cəlilabad sakinlərinin müraciətləri Göytəpə şəhərində yerləşən kilsənin təmir-bərpa olunması, Təzəkənd klubunun mədəniyyət evinə çevrilməsi, işlə təmin olunma barədə idi.
Astaradan qəbula gələn vətəndaşlar rayonun Tarix-diyarşünaslıq muzeyinin bəzi eksponatlarının bərpa olunması, Mərkəzləşdirilmiş kitabxana sisteminin 80 illik yubileyinin qeyd olunmasına köməklik edilməsi barədə müraciət etdilər.
Lerik və Masallı rayonlarından qəbula gələnlər ölkəmizdə fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin əməkdaşlarının iş təcrübəsinin qarşılıqlı şəkildə öyrənilməsi məqsədilə mübadilə səfərlərinin təşkili, bölgələr üzrə milli geyim festivalının keçirilməsi ilə bağlı təkliflərini diqqətə çatdırdılar.
Bundan əlavə, Yardımlı rayonunun kənd kitabxanalarının yerli yazarların əsərləri və diyarşünaslıq materialları ilə təmin olunması, respublika kitabxanalarının fəaliyyətini əks etdirən illik məlumat bülletenlərinin nəşr olunması barədə də nazirə müraciət edildi.
Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapdı, digər məsələlər araşdırılması üçün nəzarətə götürüldü və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verildi.


115
30.11.2018
Nazir Tovuz rayonunda yeni mədəniyyət müəssisələrinin inşası ilə bağlı görülən işlərlə tanış olub
Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Əbülfəs Qarayev fevralın 8-də Tovuz rayonunda vətəndaşlarla görüşüb. Qəbuldan ...
08.02.2019
Davamı...
Nazir Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü Tovuz şəhərində keçirilib
Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən ...
08.02.2019
Davamı...
Mədəniyyət naziri Gəncə şəhərində olub
Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev fevralın 7-də Gəncə şəhərində olub.
Nazir ...
08.02.2019
Davamı...
Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsinə həsr olunmuş müşavirə keçirildi
Yanvarın 30-da nazir Əbülfəs Qarayevin sədrliyi ilə Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsinə ...
30.01.2019
Davamı...
Avey qoruğundakı Damcılı mağara düşərgəsinə yeni yol çəkilir
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2015-ci ildən Qazax rayonundakı Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun Damcılı filialında ...
21.01.2019
Davamı...
Şuşa Dövlət Musiqili Dram Teatrı binasının əsaslı tikinti və yenidənqurmadan sonra açılış mərasimi keçirildi
Dekabrın 24-də Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyət göstərdiyi (Bakı şəhəri, Binəqədi rayonu, 8-ci ...
24.12.2018
Davamı...
Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusu əsaslı bərpa və yenidənqurmadan sonra açılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər
Dekabrın 18-də Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunun əsaslı təmir və yenidənqurmadan sonra açılışı ...
18.12.2018
Davamı...
Mədəniyyət Nazirliyinin regional idarələrinin fəaliyyətinə həsr olunmuş respublika müşavirəsi keçirildi
Noyabrın 30-da Cəlilabad rayonundakı Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin regional idarələrinin fəaliyyətinə həsr olunmuş ...
30.11.2018
Davamı...
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülərin həyat yoldaşı Qobustanda olub
Ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülərin həyat ...
21.11.2018
Davamı...