


Nazir Tovuz rayonunda yeni mədəniyyət müəssisələrinin inşası ilə bağlı görülən işlərlə tanış olub
Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Əbülfəs Qarayev fevralın 8-də Tovuz rayonunda vətəndaşlarla görüşüb. Qəbuldan sonra nazir rayon ərazisində mədəniyyət müəssisələri üçün yeni binaların inşa olunması ilə bağlı görülən işlərlə tanış olub.
Mədəniyyət naziri Əbülfəs Qarayev, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Tovuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasında tikinti işləri ilə tanış olublar.
2017-ci ildə başlanan inşaat işləri yekunlaşıb. Ümumi sahəsi 820 kvadratmetr olan ikimərtəbəli muzey istifadəyə verildikdən sonra burada bölgənin tarixini, mədəni irsini, etnoqrafiyasını özündə əks etdirən ekspozisiyalar fəaliyyət göstərəcək.
Tovuz rayonunda Aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi üçün də yeni bina tikilir. Tikinti işlərinə 2013-cü ildə başlanılıb. Müəyyən fasilədən sonra binanın inşası davam etdirilir. Muzeyin yeni binası iki mərtəbədən ibarət olacaq və müasir standartlara cavab verəcək. Muzey aşıq sənəti ilə bağlı eksponatlarla da zənginləşdiriləcək.
Nazir hər iki mədəniyyət ocağının inşası, görülən işlərlə bağlı tövsiyələrini verib.


41
08.02.2019
Nazir Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü Tovuz şəhərində keçirilib
Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən ...
08.02.2019
Davamı...
Mədəniyyət naziri Gəncə şəhərində olub
Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev fevralın 7-də Gəncə şəhərində olub.
Nazir ...
08.02.2019
Davamı...
Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsinə həsr olunmuş müşavirə keçirildi
Yanvarın 30-da nazir Əbülfəs Qarayevin sədrliyi ilə Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsinə ...
30.01.2019
Davamı...
Avey qoruğundakı Damcılı mağara düşərgəsinə yeni yol çəkilir
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2015-ci ildən Qazax rayonundakı Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun Damcılı filialında ...
21.01.2019
Davamı...
Şuşa Dövlət Musiqili Dram Teatrı binasının əsaslı tikinti və yenidənqurmadan sonra açılış mərasimi keçirildi
Dekabrın 24-də Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyət göstərdiyi (Bakı şəhəri, Binəqədi rayonu, 8-ci ...
24.12.2018
Davamı...
Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusu əsaslı bərpa və yenidənqurmadan sonra açılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər
Dekabrın 18-də Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunun əsaslı təmir və yenidənqurmadan sonra açılışı ...
18.12.2018
Davamı...
Mədəniyyət Nazirliyinin regional idarələrinin fəaliyyətinə həsr olunmuş respublika müşavirəsi keçirildi
Noyabrın 30-da Cəlilabad rayonundakı Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin regional idarələrinin fəaliyyətinə həsr olunmuş ...
30.11.2018
Davamı...
Mədəniyyət naziri Cəlilabadda vətəndaşları qəbul edib
Ölkə başçısının müvafiq tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və ...
30.11.2018
Davamı...
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülərin həyat yoldaşı Qobustanda olub
Ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülərin həyat ...
21.11.2018
Davamı...