Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti

  • BAŞ SƏHİFƏ
  • DÖVLƏT XİDMƏTİ
    • Struktur və əməkdaşlar
    • Sənədlər
    • Vətəndaşların qəbulu
    • Əlaqə
  • XƏBƏRLƏR
  • ELANLAR
  • ABİDƏLƏR
  • OBYEKTLƏR
  • E-XİDMƏTLƏR
  • Xəbərlər
Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində ilk plenar iclas keçirildi Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində ilk plenar iclas keçirildi Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində ilk plenar iclas keçirildi Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində ilk plenar iclas keçirildi Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində ilk plenar iclas keçirildi Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində ilk plenar iclas keçirildi Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində ilk plenar iclas keçirildi

Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində ilk plenar iclas keçirildi

 

İyulun 1-də Bakı Konqres Mərkəzində UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində ilk plenar iclas işə başladı. İlk olaraq sessiyanın gündəliyi açıqlandı və iştirakçı ölkələrin nümayəndələrinin hesabatları dinlənildi.

Dünya İrs Komitəsinin 43-cü sessiyası ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək qonaqları salamladı, gündəliklə bağlı məlumat verdi.

Bildirdi ki, dünyanın 180-dək ölkəsindən 2500-dən çox nümayəndənin qatıldığı tədbir respublikamızın beynəlxalq arenada yüksək nüfuzunun təsdiqi olmaqla bərabər, Azərbaycanın tarixinin və müasir inkişaf səviyyəsinin, zəngin mədəniyyətinin, incəsənətinin dünyaya nümayişi üçün mühüm imkandır: “Bütün iştirakçılar Azərbaycanın mədəni irsi ilə artıq tanış olublar. Möhtəşəm açılış mərasimi onlarda ölkəmiz haqqında geniş təsəvvür yaradıb. Biz çalışmalıyıq ki, bütün qonaqlar bu sessiyada öz fikirlərini sərbəst şəkildə çatdıra bilsinlər”.

UNESCO-nun Dünya İrs Mərkəzinin direktoru xanım Mextild Rossler tədbirin əhəmiyyətini vurğuladı. Sessiya çərçivəsində təşkil edilən Abidə Menecerləri və Gənc Peşəkarlar forumlarının işini yüksək dəyərləndirən direktor mütəxəssislər tərəfindən aparılan maraqlı müzakirələrin şahidi olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün Bakıya bu sahənin çoxsaylı mütəxəssisləri toplaşıb: “Burada olduğumuz bir neçə gün ərzində biz təşkilati işlərin yüksək səviyyədə həyata keçirildiyini görürük. Sessiyada müzakirə ediləcək bütün məsələlər komitənin veb-saytında canlı olaraq yayımlanır. Onu da vurğulayım ki, büro üzvlərinin istəyi ilə sessiyanın gündəliyində dəyişiklik edilə bilər”.

Bildirildi ki, Bakı sessiyasında UNESCO-nun Dünya irsi siyahısına daxil edilmək üçün üzv dövlətlərin təqdim etdiyi 36 namizəd fayl nəzərdən keçiriləcək. Bu fayllardan 28-i mədəni, 6-sı təbiət, 2-si qarışıq (təbiət və mədəni) abidələr sırasına daxildir. Sessiyalarda ilk olaraq siyahı üzrə təbiət, daha sonra mədəni obyektlər üzrə nominasiyalar müzakirə ediləcək. Sessiya çərçivəsində 50-yə yaxın paralel tədbir və sərgilər də təşkil olunacaq. Eyni zamanda Bakıda UNESCO-nun siyahısında olan və təhlükə ilə üzləşən 166 abidənin hazırkı vəziyyəti təhlil ediləcək.

Sonra UNESCO-nun Dünya İrs Komitəsinin Bəhreyndə keçirilən 42-ci sessiyası haqqında Anna Zeçnerin məruzəsi dinlənildi. O, ötən sessiya haqqında geniş məlumat verdi və bildirdi ki, sessiyada 225 qərar qəbul edilib, 19 mədəniyyət nümunəsi UNESCO-nun Dünya irsi siyahısına salınıb. Bununla da təşkilatın sözügedən siyahısına daxil olan nümunələrin sayı 1092-yə çatıb. Qeyd olundu ki, 42-ci sessiyada 157 konservasiya olunmuş abidənin durumu barədə məlumat verilib və 54 irs nümunəsi təhlükədə olan mədəniyyət abidələrinin siyahısına daxil edilib.

Daha sonra Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin əməkdaşı Rəşad Baratlı hesabatla çıxış etdi. Görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdı.

Plenar iclasda Norveç, Zimbabve, Tunis, Tanzaniya, Braziliya, Bosniya və Herseqovina, Koreya Respublikası, Fransa və digər ölkələri təmsil edən nümayəndələr çıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını ifadə etdilər.

Dünyada mədəni irsin qorunmasının vacibliyindən danışan natiqlər bu istiqamətdə UNESCO-nun Dünya İrs Mərkəzinin gördüyü işləri yüksək qiymətləndirdilər. Bildirildi ki, Dünya İrs Mərkəzi ilə qurulan və genişləndirilən əlaqələr dünyada həm sülhə, həm də mədəni inkişafa xidmət edir.

Vurğulandı ki, sessiya günlərində dünya üçün əhəmiyyətli olan məsələlər müzakirə ediləcək, təhlükədə olan tarixi abidələrlə bağlı geniş fikir mübadiləsi aparılacaq və bir çox mədəni nümunələr UNESCO-nun siyahısına salınacaq.


874

01.07.2019

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI

27 sentyabr – 10 noyabr tarixlərində davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı zəfərin ...


15.12.2020

Davamı...

UNESCO və ISESCO-ya işğaldan azad olunmuş ərazilərdə aparılan ilkin monitorinqin nəticələri təqdim edilib

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov UNESCO ...


23.11.2020

Davamı...

Anar Kərimov AZƏRTAC-a müsahibə verib

Müsahibənin mətni təqdim olunur:

Azərbaycan xalqını Qələbə münasibətilə təbrik edirəm. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ...


23.11.2020

Davamı...

İşğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət obyektləri üzrə monitorinqlərin ilkin nəticələri açıqlandı

“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin ...


13.11.2020

Davamı...

Tarixi abidəyə müdaxilənin qarşısı alınıb

Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, 3 ünvanında yerləşən Bakı şəhər Univermağının binasının Ə.Əlizadə ...


12.11.2020

Davamı...

Azıx mağara düşərgəsində aparılmış qanunsuz arxeoloji qazıntı işlərinə hüquqi qiymət verilməlidir

Ermənistan Respublikası təcavüzkar siyasətini davam etdirərək Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində qanunsuz arxeoloji qazıntı ...


11.11.2020

Davamı...

Mədəniyyət Nazirliyinin rəhbərliyi və tanınmış mədəniyyət xadimləri Fəxri xiyabanı ziyarət etdi

Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağın baş tacı, xalqımızın qədim tarixi irs və ...


09.11.2020

Davamı...

Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə yerləşən Azərbaycanın mədəni irsinə həsr olunmuş brifinq keçirilib

Noyabrın 6-da Azərbaycan Milli İncəsənət Muzeyində Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə ...


06.11.2020

Davamı...

Anar Kərimov Tacikistan Respublikasının ölkəmizdəki səfiri Rustam Soli ilə görüşdü

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Tacikistanın Respublikasının ...


06.11.2020

Davamı...

“Qarabağ – mədəniyyətimizin beşiyi”: Xocalı türbəsi

XIV əsrə aid abidələrdən biri də, Xocalı kurqanları sahəsində, yonulmuş ağ daşlardan tikilmiş Xocalı ...


02.11.2020

Davamı...

1 2 3 4 ...

  • :













© 2018 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti rəsmi saytı. Müəllif hüquqları qorunur!


Saytın idarə edilməsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin
İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən həyata keçirilir.