



Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə yerləşən Azərbaycanın mədəni irsinə həsr olunmuş brifinq keçirilib
Noyabrın 6-da Azərbaycan Milli İncəsənət Muzeyində Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə yerləşən Azərbaycanın mədəni irsinə həsr olunmuş brifinq keçirilib.
Brifinqdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli, Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə, Əməkdar memar, professor Fəxrəddin Miralayev iştirak etmişlər.
Brifinqi Azad Cəfərli açaraq Ermənistanın ölkəmizə qarşı 30 ilə yaxın davam edən hərbi təcavüz və işğalçılıq siyasətinin eyni zamanda Azərbaycanın mədəni irsini hədəf aldığını bildirmişdir. Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağ və ona bitişik 7 rayonun ərazisində 2600-dən çox tarix və mədəniyyət abidəsinin əksəriyyətinin dağıdıldığı, mənimsənildiyi, təyinatına uyğun olmayan şəkildə istifadə olunduğu qeyd olunmuşdur.
Dövlət Xidmətinin rəsmisi Ermənistan Respublikası tərəfindən həyata keçirilən vandallıq aktlarından danışaraq vurğulayıb ki, işğal olunmuş rayonlarda yerləşən, öz zəngin koloriti və memarlıq quruluşu ilə seçilən məscidlər, Qafqaz Albaniyası dövrünə aid memarlıq abidələri məhv edilmiş, vandalizmə məruz qoyulmuş, mənimsənilmişdir.
Vurğulamışdır ki, Ermənistan Respublikası hazırda ölkəmizə qarşı beynəlxalq miqyasda da çirkin kampaniya aparmaqdadır. Belə əməllərdən biri, guya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin raket zərbəsi nəticəsində Şuşa şəhərində yerləşən “Qazançılar kilsəsi”nin zərər görməsi ilə bağlıdır. Azərbaycan Respublikasının ərazisində yerləşən istənilən abidə Azərbaycan xalqının mədəni irsinin ayrılmaz tərkib hissəsidir. Bu ərazilərdə yerləşən bütün mədəni irs nümunələri Azərbaycan xalqına məxsusdur. 1868-ci ildə Şuşa şəhərində “Qazançılar” adlanan kilsə inşa edilmişdir. Erməni müəllifi Markar Barxudaryantsa istinadən abidənin sovetlər dövründən qalan sənədlərində də bu kilsə “Qazançılar” kimi qeyd edilir. Abidənin 1987-ci ildə hazırlanmış pasportunda “Qazançılar” kilsəsinin qədim zərdüşt məbədinin üzərində inşa olunduğu qeyd olunmuşdur.
Şuşa şəhəri Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunana qədər “Qazançılar” kilsəsi dövlətimiz tərəfindən layiqincə qorunduğu diqqətə çatdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə dövlət qeydiyyatına alınmış (inventar № 358) kilsə ilk dəfə Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 27 aprel tarixli 145 nömrəli qərarı ilə abidələr siyahısına daxil edilmişdir.
Həmçinin, Azərbaycan SSR Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən bərpa emalatxanasının mütəxəssisləri tərəfindən 1981-ci ildə hazırlanan layihə əsasında 1984-1985-ci illərdə abidədə bərpa işləri aparılmışdır. Memar Fəxrəddin Miralayevin layihəsi əsasında aparılan bərpa işləri zamanı abidə ilə bağlı bir sıra faktlar aşkarlanmışdır. Şuşa şəhəri işğal edildikdən sonra qeyri-qanuni olaraq bu kilsə 3 dəfə “təmir-bərpa” prosesindən keçmişdir.
Dövlət Xidmətinin rəsmisi vurğulayıb ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanında tarix və mədəniyyət obyektlərinin (abidə və müəssisələrin) ilkin inventarlaşdırılması və mühafizəsi nəzərdə tutulmuşdur. Bütün torpaqlarımız işğaldan azad edildikdən sonra digər infrastruktur layihələri ilə yanaşı, tarix-mədəniyyət abidələrinin inventarlaşdırılması və mühafizəsi, o cümlədən bərpası istiqamətində də dövlətimiz tərəfindən mühüm işlərin həyata keçirilməsi nəzərdə tutulur.
Əməkdar memar, professor Fəxrəddin Miralayev “Qazançılar” kilsəsinin tarixindən, orada aparılan təmir-bərpa işlərindən, eləcə də Ermənistan tərəfindən abidəyə edilmiş qanunsuz müdaxilələrdən danışıb. Bildirmişdir ki, “Qazançılar” kilsəsinin bərpası zamanı onun altında Zərdüştlüyə aid abidə qalıqları aşkarlanımışdır. Kilsə erməni kilsələrinə xas bədii üslubunda deyildir.
Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə bildirib ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət, 85 musiqi və rəssamlıq məktəbi dağıdılıb. Bununla yanaşı, 100 mindən çox eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı erməni vandalizminin qurbanı olub.
Brifinqdə mətbuat nümayəndələrinin mövzu ilə bağlı sualları cavablandırılıb.


281
06.11.2020
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Türkiyədə görüşlər keçirib
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə ...
03.03.2021
Davamı...
Azərbaycan mədəniyyət naziri və Türkiyə mədəniyyət və turizm naziri arasında görüş keçirilib, əməkdaşlıq sənədləri imzalanıb
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyəti Türkiyədə ...
01.03.2021
Davamı...
Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın iclası keçirildi
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.
Martın ...
01.03.2021
Davamı...
Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 28-də Türkiyə Respublikasına ...
01.03.2021
Davamı...
Mədəniyyət naziri Anar Kərimov Latviyanın Azərbaycandakı səfiri ilə görüşdü
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dainis ...
27.02.2021
Davamı...
Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları işlə təmin olunub
Fevralın 22-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində ...
23.02.2021
Davamı...
A.M.Cəfərlinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azad Məhyəddin oğlu Cəfərli ...
22.02.2021
Davamı...
İşğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət obyektlərin vəziyyətinə dair məlumat
“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin ...
18.02.2021
Davamı...
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini bir sıra tarixi abidələrə baş çəkib
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, ...
02.02.2021
Davamı...
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI
27 sentyabr – 10 noyabr tarixlərində davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı zəfərin ...
15.12.2020
Davamı...