














Mədəniyyət Nazirliyinin rəhbərliyi və tanınmış mədəniyyət xadimləri Fəxri xiyabanı ziyarət etdi
Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağın baş tacı, xalqımızın qədim tarixi irs və mədəniyyət mərkəzi, hər bir azərbaycanlının qəlbində müstəsna yeri olan Şuşa şəhəri 28 il sürən işğaldan sonra şanlı Ordumuz tərəfindən azad edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən noyabrın 8-də elan edilən bu zəfər müjdəsi Azərbaycan xalqına, dünya azərbaycanlılarına möhtəşəm sevinc hissi yaşatdı.
Bütün xalqımız kimi, Azərbaycanın mədəniyyət ictimaiyyəti də bu zəfər xəbərindən sonsuz qürur duyur. Azərbaycanın dilbər guşəsi Şuşa milli mədəniyyətimizin beşiyi, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərimizin, bir çox məşhur sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin vətənidir.
Prezident İlham Əliyevin xalqa müraciətində qeyd etdiyi kimi, Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır: “Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir”.
Şuşanın işğaldan azad olunması eyni zamanda Azərbaycan mədəniyyətinin dirçəlişi deməkdir. 1992-ci ilin 8 mayında Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi Azərbaycan mədəniyyətinə ağır zərbə idi. İşğal nəticəsində şəhərdəki mədəniyyət ocaqları – muzeylər, kitabxanalar, mədəniyyət evi, rəsm qalereyası, musiqi məktəbləri dağıdılıb talan edilib, tarixi tikililər, memarlıq nümunələri, abidələr məhv edilib.
Azərbaycan Ordusunun 2020-ci il 8 noyabr zəfərindən sonra Şuşa ilə bağlı mədəni irsimizin də yeni tarixi başlanır. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, “Əziz Şuşa, biz səni dirçəldəcəyik!”.
Noyabrın 9-da, Dövlət Bayrağı Günündə mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov, nazirliyin rəsmiləri, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, Yazıçılar Birliyinin sədri Anar Rzayev, Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq artistləri Mənsum İbrahimov, Yalçın Adıgözəlov, görkəmli tarzən Ramiz Quliyev, digər tanınmış mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri, mədəniyyətimizin unudulmaz hamisi Heydər Əliyevin məzarını ziyarət etdilər. Ulu öndərin məzarı önünə gül dəstələri düzüldü, xatirəsi dərin ehtiramla yad edildi. Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olundu, məzarın önünə gül dəstələri qoyuldu.
Fəxri xiyaban Şuşanın Azərbaycan mədəniyyətinə bəxş etdiyi bir çox görkəmli şəxsiyyətlərin uyuduğu məkandır. Dahi bəstəkar Üzeyir Hacıbəyli, milli vokal sənətimizin banisi Bülbül, dünya şöhrətli xalçaçı-rəssam Lətif Kərimov, korifey teatr rejissoru Mehdi Məmmədov, eləcə də əslən şuşalı olan görkəmli musiqi xadimləri – bəstəkarlar Fikrət Əmirov, Süleyman Ələsgərov, Vasif Adıgözəlov, maestro Niyazi, müğənni Rəşid Behbudov və digər görkəmli sənətkarların məzarları buradadır.
Şuşanın işğaldan azad olunması münasibətilə bu şəhərdə doğulan, Şuşanın mədəni mühitindən bəhrələnən görkəmli şəxsiyyətlərin məzarları ziyarət olundu. Məzarların üzərinə gül dəstələri qoyuldu.
Mərasimdə çıxış edən mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov qeyd etdi ki, bu gün burada toplaşmağımızda məqsəd əslən Şuşadan olan dahi sənətkarların xatirəsini yad etməkdir: “Hər birinin ruhları şad olsun. Çünki Qarabağın qəlbi Şuşa şəhəri düşməndən azad olunub. Bu münasibətlə mən bütün Azərbaycan xalqını, ürəyi Azərbaycanla döyünən bütün insanları təbrik edirəm. Şuşa bizim qeyrət qalamız, kimliyimizdir. 28 ildir ki, biz Şuşanın həsrəti ilə yaşamışıq. Sağ olsun Ali Baş Komandan, sağ olsun Azərbaycan Ordusu ki, bizlərə bu qalibiyyəti bəxş etdilər. Mən əminəm ki, gələn il Şuşada böyük bir tədbir keçirəcəyik. Cıdır düzündə Qarabağ atlarının belində çövkən oyunu təşkil edəcəyik. Şuşanın bütün mədəniyyət abidələrini, xalçalarımızın solan rənglərini bərpa edəcəyik”.
Daha sonra mərasim iştirakçıları Şəhidlər xiyabanını ziyarət etdilər. Anar Kərimov ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsinə ehtiramını bildirdi, ailələrinə başsağlığı verdi.


270
09.11.2020
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Türkiyədə görüşlər keçirib
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə ...
03.03.2021
Davamı...
Azərbaycan mədəniyyət naziri və Türkiyə mədəniyyət və turizm naziri arasında görüş keçirilib, əməkdaşlıq sənədləri imzalanıb
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyəti Türkiyədə ...
01.03.2021
Davamı...
Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın iclası keçirildi
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.
Martın ...
01.03.2021
Davamı...
Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 28-də Türkiyə Respublikasına ...
01.03.2021
Davamı...
Mədəniyyət naziri Anar Kərimov Latviyanın Azərbaycandakı səfiri ilə görüşdü
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dainis ...
27.02.2021
Davamı...
Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları işlə təmin olunub
Fevralın 22-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində ...
23.02.2021
Davamı...
A.M.Cəfərlinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azad Məhyəddin oğlu Cəfərli ...
22.02.2021
Davamı...
İşğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət obyektlərin vəziyyətinə dair məlumat
“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin ...
18.02.2021
Davamı...
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini bir sıra tarixi abidələrə baş çəkib
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, ...
02.02.2021
Davamı...
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI
27 sentyabr – 10 noyabr tarixlərində davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı zəfərin ...
15.12.2020
Davamı...