Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti

  • BAŞ SƏHİFƏ
  • DÖVLƏT XİDMƏTİ
    • Struktur və əməkdaşlar
    • Sənədlər
    • Vətəndaşların qəbulu
    • Əlaqə
  • XƏBƏRLƏR
  • ELANLAR
  • ABİDƏLƏR
  • OBYEKTLƏR
  • E-XİDMƏTLƏR
  • Xəbərlər
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI

27 sentyabr – 10 noyabr tarixlərində davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı zəfərin nəticəsi olaraq Kəlbəcər rayonu da noyabrın 25-də Ermənistan işğalçı qüvvələrindən azad edilmişdir.

İşğalçı qüvvələr Kəlbəcər rayonunu tərk edərkən Xudavəng monastır kompleksinin talan edilərək kompleksə məxsus olan xaçların, zənglərin və digər elementlərin Ermənistana daşındığı barədə məlumatlar yayılmışdı. 

Bu günlərdə Ermənistan mediasında yer alan xəbərlər bunu təsdiq edir. Bildirilir ki, dekabrın 16-da Ermənistan paytaxtındakı Xalq Sənətləri Muzeyində “Dadivankdan Yerevana” adlı satış-sərgi keçiriləcək (https://bit.ly/3qXSesb). Sərgidə Dadivank (Xudavəng) monastır kompleksindən gətirilmiş Bibliya, xaçlar, ikonalar, suvenirlər, həmçinin kitablar, fotoalbomlar nümayiş olunacaq. Həmçinin Dağlıq Qarabağ ermənilərinə yardım məqsədilə kulinariya və şirniyyat məhsullarının satışı keçiriləcək.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yayılan bu məlumatlarla bağlı bir daha diqqətə çatdırır ki, UNESCO-nun 1970-ci il Konvensiyası mədəniyyət sərvətlərinin qanunsuz olaraq gətirilməsinin, çıxarılmasının və onların üzərində mülkiyyət hüququnun başqasına verilməsinin qadağan edilməsinə və qarşısının alınmasına yönəldilmiş tədbirləri, eləcədə 1954-cü il Haaqada qəbul edilən “Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya”sı işğalçının üzərinə işğal edilmiş ərazilərdə mülkiyyətin oğurlanmasının qarşısının alınması istiqamətində addımlar atma öhdəliyi qoyur. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində Haaqa Konvensiyasının İkinci Protokolunun 9-cu bəndi işğalda iştirak edən tərəfin “işğal edilmiş ərazilərə münasibətdə” mədəni mülkiyyətin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının almasını təsbit edir.     

Bildiririk ki, Mədəniyyət Nazirliyi tərəfindən bu məsələ ciddi nəzarətdə saxlanılır və Ermənistan tərəfinin qeyri-qanuni fəaliyyətləri barədə beynəlxalq təşkilatlar mütəmadi olaraq məlumatlandırılır və bu kimi mənimsəmə faktları ilə bağlı zəruri hüquqi prosedurların tətbiqi üçün tədbirlər görüləcək. Eyni zamanda beynəlxalq təşkilatları, xüsusilə UNESCO-nu  bu faktlara hüquqi qiymət verməyə və Ermənistanın Azərbaycan ərazisindəki tarixi-mədəni irsə qarşı törətdiyi müharibə cinayətlərini araşdırmağa çağırırıq.

Məlumat üçün bildidirik ki, Kəlbəcər rayonunun Vəng kəndi ərazisində Xudavəng monastır kompleksi qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının xristian memarlığının ən böyük və ən gözəl abidələrindən biridir.

Qeyd edək ki,  Kəlbəcər rayonu 1993-cü ildə Ermənistan tərəfindən işğal olunduqdan sonra Xudavəng monastır kompleksi erməni abidəsi kimi dünyaya təqdim edilməyə başlanmışdır.


121

15.12.2020

UNESCO və ISESCO-ya işğaldan azad olunmuş ərazilərdə aparılan ilkin monitorinqin nəticələri təqdim edilib

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov UNESCO ...


23.11.2020

Davamı...

Anar Kərimov AZƏRTAC-a müsahibə verib

Müsahibənin mətni təqdim olunur:

Azərbaycan xalqını Qələbə münasibətilə təbrik edirəm. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ...


23.11.2020

Davamı...

İşğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət obyektləri üzrə monitorinqlərin ilkin nəticələri açıqlandı

“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin ...


13.11.2020

Davamı...

Tarixi abidəyə müdaxilənin qarşısı alınıb

Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, 3 ünvanında yerləşən Bakı şəhər Univermağının binasının Ə.Əlizadə ...


12.11.2020

Davamı...

Azıx mağara düşərgəsində aparılmış qanunsuz arxeoloji qazıntı işlərinə hüquqi qiymət verilməlidir

Ermənistan Respublikası təcavüzkar siyasətini davam etdirərək Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində qanunsuz arxeoloji qazıntı ...


11.11.2020

Davamı...

Mədəniyyət Nazirliyinin rəhbərliyi və tanınmış mədəniyyət xadimləri Fəxri xiyabanı ziyarət etdi

Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağın baş tacı, xalqımızın qədim tarixi irs və ...


09.11.2020

Davamı...

Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə yerləşən Azərbaycanın mədəni irsinə həsr olunmuş brifinq keçirilib

Noyabrın 6-da Azərbaycan Milli İncəsənət Muzeyində Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə ...


06.11.2020

Davamı...

Anar Kərimov Tacikistan Respublikasının ölkəmizdəki səfiri Rustam Soli ilə görüşdü

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Tacikistanın Respublikasının ...


06.11.2020

Davamı...

“Qarabağ – mədəniyyətimizin beşiyi”: Xocalı türbəsi

XIV əsrə aid abidələrdən biri də, Xocalı kurqanları sahəsində, yonulmuş ağ daşlardan tikilmiş Xocalı ...


02.11.2020

Davamı...

1 2 3 4 ...

  • :













© 2018 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti rəsmi saytı. Müəllif hüquqları qorunur!


Saytın idarə edilməsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin
İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən həyata keçirilir.