



Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 28-də Türkiyə Respublikasına səfərə gedib. Nümayəndə heyətinə Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Vasif Eyvazzadə, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri daxildir.
Fevralın 28-də nümayəndə heyətinin ilk görüşü Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar İdarəsinin sədri Abdullah Ərən ilə baş tutub.
Görüşdə xaricdə yaşayan türklərlə azərbaycanlılar arasında mədəni əlaqələrin və bağların gücləndirilməsi ilə bağlı layihələr, mədəniyyət və irs sahəsində təhsil proqramları, mədəni əlaqələrin genişləndirilməsi, kino sənayesinin inkişafı, mədəni irsin qorunması və mədəniyyətin digər sahələrində təcrübə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər arasında qarşılıqlı kitablar təqdim olunub.
Görüşün sonunda nazir Anar Kərimov səmimi qəbula görə təşəkkürünü bildirib və ilk səfərinin Türkiyəyə baş tutmasından məmnunluğunu ifadə edib.


94
01.03.2021
Mart qırğınlarının 103-cü ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksində anım mərasimi keçirilib
Azərbaycanlıların soyqırımının 103-cü ildönümü ilə əlaqədar martın 31-də Quba Soyqırımı Memorial Kompleksində anım mərasimi ...
31.03.2021
Davamı...
“UNESCO-nun Dünya İrsi siyahısına daxil olan obyektlərdə turizmin idarə olunması” adlı onlayn kurs
UNESCO tərəfindən “UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan obyektlərdə turizmin idarə olunması” adlı açıq ...
30.03.2021
Davamı...
Abidə menecerlərinin nəzərinə
UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan abidələrin menecerləri üçün “UNESCO - Yunanıstan Melina Merkuri ...
30.03.2021
Davamı...
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Türkiyədə görüşlər keçirib
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə ...
03.03.2021
Davamı...
Azərbaycan mədəniyyət naziri və Türkiyə mədəniyyət və turizm naziri arasında görüş keçirilib, əməkdaşlıq sənədləri imzalanıb
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyəti Türkiyədə ...
01.03.2021
Davamı...
Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın iclası keçirildi
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.
Martın ...
01.03.2021
Davamı...
Mədəniyyət naziri Anar Kərimov Latviyanın Azərbaycandakı səfiri ilə görüşdü
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dainis ...
27.02.2021
Davamı...
Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları işlə təmin olunub
Fevralın 22-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində ...
23.02.2021
Davamı...
A.M.Cəfərlinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azad Məhyəddin oğlu Cəfərli ...
22.02.2021
Davamı...