.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Türkiyədə görüşlər keçirib
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.
Səfər çərçivəsində Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti rəisi Azad Cəfərli Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Serkan Kayalarla görüşüb. Görüşdə həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli və TİKA-nın kabinet rəhbəri Samet Kapısız iştirak edib.
Görüşdə mədəni irsin qorunması, bərpası sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması istiqamətində fikir mübadiləsi aparılıb. İki ölkə arasında mədəni irs sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin böyük perspektivlərinin olduğu vurğulanıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
***
Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti rəisi Azad Cəfərli və Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli Yunus Əmrə İnstitutunun rəhbəri Şərəf Atəş ilə görüşüb. Görüşdə iki tərəfli əməkdaşlığın genişlədirilməsi, iki qardaş ölkə mədəniyyətinin təbliği, mədəni irsin tanıdılması məsələləri müzakirə olunub. Mədəni irsin qorunması ilə yanaşı Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin fəaliyyəti, təlimlərin təşkili sahəsində əməkdaşlığın perspektivləri qeyd olunub. Mərkəzinin inkişaf etdirilməsi üçün Türkiyənin təcrübəsindən yararlanmaq, təlim-tədris məsələləri, eləcə də texniki dəstəyin göstərilməsi istiqamətində fikir mübadiləsi aparılıb.


129
03.03.2021
Mart qırğınlarının 103-cü ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksində anım mərasimi keçirilib
Azərbaycanlıların soyqırımının 103-cü ildönümü ilə əlaqədar martın 31-də Quba Soyqırımı Memorial Kompleksində anım mərasimi ...
31.03.2021
Davamı...
“UNESCO-nun Dünya İrsi siyahısına daxil olan obyektlərdə turizmin idarə olunması” adlı onlayn kurs
UNESCO tərəfindən “UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan obyektlərdə turizmin idarə olunması” adlı açıq ...
30.03.2021
Davamı...
Abidə menecerlərinin nəzərinə
UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan abidələrin menecerləri üçün “UNESCO - Yunanıstan Melina Merkuri ...
30.03.2021
Davamı...
Azərbaycan mədəniyyət naziri və Türkiyə mədəniyyət və turizm naziri arasında görüş keçirilib, əməkdaşlıq sənədləri imzalanıb
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyəti Türkiyədə ...
01.03.2021
Davamı...
Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın iclası keçirildi
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.
Martın ...
01.03.2021
Davamı...
Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 28-də Türkiyə Respublikasına ...
01.03.2021
Davamı...
Mədəniyyət naziri Anar Kərimov Latviyanın Azərbaycandakı səfiri ilə görüşdü
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dainis ...
27.02.2021
Davamı...
Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları işlə təmin olunub
Fevralın 22-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində ...
23.02.2021
Davamı...
A.M.Cəfərlinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azad Məhyəddin oğlu Cəfərli ...
22.02.2021
Davamı...