Teatrlar

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yenidən qurulması və əsaslı təmir olunması

Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2007-ci il tarixli 1964 nömrəli  “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi” haqqında sərəncamı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2008-ci il tarixli 445 nömrəli sərəncamına əsasən layihə-simeta sənədləri hazırlanıb.

27 sentyabr 2008-ci il tarixində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əsaslı təmir işlərinə başlanılıb.

Aparılan yenidənqurma işləri 2010-cu ilin avqust ayında başa çatıb.

7 oktyabr 2010-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə təntənəli açılış mərasimi keçirilib.

 

Kinoteatr

“Nizami” kinoteatrının əsaslı təmir və yenidən qurulması

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 23 fevral 2007-ci il 1993 nömrəli sərəncamı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 fevral 2007-ci il tarixli 42 nömrəli sərəncamına əsasən 2008-ci ildə “Nizami” kinoteatrının binasında əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb.

Kinoteatrın birinci mərtəbəsində 50 və 80 yerlik iki, ikinci mərtəbədə 500 nəfərlik böyük, beşinci mərtəbədə isə 24 nəfərlik VİP kinozalları yaradılıb. Binada Almaniya, Yaponiya və İngiltərədə istehsal olunmuş ən müasir kinoqurğular, səs, işıq, havalandırma, yanğından mühafizə sistemləri quraşdırılıb.

Birinci mərtəbədə ticarət köşkləri, ikinci mərtəbədə kafe, dördüncü mərtəbədə kafe-klub, mətbuat mərkəzi, beşinci və altıncı mərtəbələrdə isə müştərilərə milli və Avropa mətbəxinin nümunələrini təqdim edən 250 yerlik restoran, həmçinin inzibati otaqlar yaradılıb.

Yenidənqurma işləri 2012-ci ilin noyabr ayında yekunlaşıb.

24 noyabr 2012-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılış mərasimi keçirilib.

Muzeylər

Lənkəran şəhər Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı təmir işləri haqqında

Məlumat

1913-cü ildə Lənkəran xanı Mir Əhməd xan tərəfindən yaşayış evi kimi inşa edilmiş, hazırda Lənkəran Tarix-Diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərən binada əsaslı təmir və bərpa işləri 2012-ci ildə başlanılıb.

Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən inşaat işləri yüksək səviyyədə aparılaraq 2014-cü ilin aprel ayında başa çatdırılıb.

Həyata keçirilən təmir-bərpa işləri nəticəsində binanın daxili və xarici ilkin görkəmində bərpa olunub. Binanın fasadında və daxilində olan memarlıq bəzək elementləri, qapı və pəncərələri, tavan və döşəmələri əsaslı təmir edilib. Binada havalandırma, işıqlandırma, isitmə və soyutma sistemləri, dam örtüyünün bərpası, eləcə də müvafiq avadanlıqlarla təchiz edilməsi, muzeyin fəaliyyəti üçün ekspozisiya və sərgi salonları yenidən qurulub.

2014-cü ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə muzeyin açılışı olub.

 

Mədəniyyət evləri və mərkəzlər

Qəbələ rayon Mədəniyyət Mərkəzinin tikintisi haqqında
Məlumat

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyun 2011-ci il tarixli sərəncamına əsasən Qəbələ rayonunda mədəniyyət mərkəzinin tikintisinə başlanılıb.

Layihədə zirzəmili, 2 mərtəbəli binada 400 yerlik zal, 50 nəfərlik konfrans zalı, müxtəlif dərnək, kinoproyeksiya, artist və qrim otaqları, məşq və rəqs otaqları, dekorasiya üçün anbar otaqları tikilib. Müasir səhnə, səs, işıq sistemləri, mərkəzi isitmə və soyutma sistemləri, xarici və daxili mühəndis xətt və qurğuların tikintisi, ətraf ərazinin abadlaşdırılması həyata keçirilib.

2013-cü il fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Mədəniyyət Mərkəzinin təntənəli açılışı olub.

 

Musiqi məktəbləri

Nərimanov rayonunda 35 №-li musiqi məktəbinin əsaslı təmiri və avadanlıqlarla təchiz edilməsi

1934-cü ildə inşa edilmiş məktəb binası tam yenidən qurularaq əsaslı təmir edilmiş  və yeni akt zalı tikilmişdir. Musiqi məktəbi yeni mebel və avadanlıqlarla, musiqi alətləri ilə təmin edilmiş və normativlərə uyğun sinif otaqları yaradılmışdır. Məktəb su, işıq, isitmə və soyutma sistemləri ilə təchiz edilmişdir. 15 sentyabr 2012-ci ildə musiqi məktəbinin  tədris ilinə açılışı olmuşdur. 

 

Kitabxanalar

Şəki şəhəri Nakam adına şəhər kitabxanasının təmir-bərpa işləri haqqında
Məlumat

1898-ci ildə mehmanxana kimi inşa olunmuş yerli əhəmiyyətli memarlıq abidəsi olan Nakam adına kitabxana binasında əsaslı təmir və bərpa işləri 2011-ci ildə başa çatdırılmışdır. Kitabxana binasında bəzək-tamamlama işləri, xarici və daxili bəzək elementlərinin bərpası işləri aparılmış, bina isitmə-soyutma sistemləri və müvafiq mebel avadanlıqlarla təchiz edilmişdir.

 

Abidələr

Salyan şəhərindəki Cümə məscidinin təmir-bərpa olunması haqqında

Yerli əhəmiyyətli tarixi abidə kimi dövlət tərəfindən mühafizə olunan Salyan şəhərindəki Cümə məscidi 1865-ci ildə inşa olunub. 2003-cü ildə Kür çayının daşması ilə əlaqədar yaranan qrunt sularının və digər xarici təsirlər nəticəsində məscid yararsız hala düşmüşdü.

2010-cu ilin fevralından məsciddə təmir-bərpa işlərinə başlanılıb, aparılan bərpa işləri 2012-ci ildə başa çatdırılıb. Hazırda məscid 18 günbəz, 12 sütun və bir minarədən ibarətdir. Məsciddə ibadət üçün hər cür şərait yaradılıb. Yeraltı sulardan mühafizə məqsədi ilə abidənin ətrafında drenaj sistemi quraşdırılıb.

14 mart 2012-ci il tarixində Prezidenti İlham Əliyev Salyan rayonuna səfəri çərçivəsində əsaslı təmir və bərpa olunmuş Cümə məscidi ilə tanış olub. Dövlət başçısına məscidin ərazisində aparılan abadlıq və yenidənqurma işləri haqqında məlumat verilib.

 




 


 

Bərdə türbəsində və Torpaqqala kompleksində əsaslı yenidənqurma haqqında

Bərdə rayonundakı Bərdə türbəsi və Torpaqqala divarlarının bərpasına 2012-ci ildə başlanıb və 2018-ci ilin əvvələrində yekunlaşıb. Türbənin betondan quraşdırılmış qəzalı günbəzi tam sökülərək yenidən hörülüb və kaşılı kərpiclə üzlənib. Burada 427 kvadratmetr sadə və mürəkkəb formalı kaşı elementləri hazırlanaraq tətbiq edilib. Quranın “Ayətül-Kürsü” ayəsi və kufi əlifbası ilə kitabələr bərpa olunub, kaşılararası hörgü tikişləri təmizlənərək xüsusi məhlul qarışığı ilə yenidən doldurulub, divarlardakı çatlar tam regenerasiya edilib. Sərdabənin pilləkəni şüşə örtüklə bağlanıb və burada mərmər sənduqə quraşdırılıb.

Türbənin yerləşdiyi iki hektar ərazini əhatə edən Torpaqqala divarları da bərpa olunub.

Bərdə türbəsi 1322-ci ildə Əcəmi memarlıq məktəbinin nümayəndəsi Əhməd ibn Əyyub əl-Hafiz tərəfindən tikilib. Türbə eramızdan əvvəl inşa olunan Torpaqqala adlı müdafiə divarlarının ərazisində yerləşir. Qülləvarı quruluşa malik türbə yeraltı və yerüstü hissələrdən ibarətdir. Yeraltı hissəni o dövrdə xarakterik olan dəfn üçün ayrılmış sərdabə təşkil edir. Yerüstü qat isə xatirə abidəsidir və monumental xarakter daşıyır. Türbə xarici fasad üzrə kürsüdən, gövdə və günbəzdən ibarətdir. Hündürlüyü 13 metr olan türbənin bayır tərəfdən diametri 10 metrdir. Kürsüdən başlayaraq yuxarıdakı haşiyəyə qədər hissəni örtən və firuzəyi kaşı ilə qırmızı kərpicin əlaqələndirilməsindən yaranan bir kompozisiyadan əmələ gələn kitabədə “Allah” sözü mütənasib surətdə təkrarlanır. Məhz bu səbəbdən abidəyə el arasında “Allah-Allah” türbəsi də deyilir.

25 mart 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdə rayonuna səfəri çərçivəsində əsaslı şəkildə yenidən qurulan Bərdə türbəsində və Torpaqqala kompleksində yaradılan şəraitlə tanış olub.

 







Digər mədəniyyət obyektləri

Məlumat yoxdur...