Rəhbərlik
Mədəni irsin inkişafı və bərpası şöbəsi
Mədəni irsin qorunması üzrə nəzarət şöbəsi
Ümumi işlər sektoru

Sultanov Zakir İmran oğlu


Vəzifəsi:

Əlaqə nömrəsi:

E-poçt:

Dövlət Xidmətinin rəisi

+994 12 489 08 28

z.sultanov@heritage.gov.az

Rəhbərlik

Zakir İmran oğlu Sultanov - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi

11 aprel 1968-ci ildə anadan olub.

1985-ci ildə Bakı şəhərində 6 nömrəli orta məktəbi bitirib. 1985-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat fakültəsində ali təhsil alıb.

1986-1988-ci illərdə hərbi xidmətdə olub.

1983-cü ildən əmək fəaliyyətinə başlayıb. Əmək fəaliyyəti dövründə Azərbaycan Respublikası Əhaliyə Məişət Xidməti Nazirliyində,  Azərbaycan  Respublikası Daxili İşlər Nazirliyinin Tikinti İdarəsinin Sənaye Kombinatında, “Asinam” Assosiasiyasında,  Xətai Rayon İcra Komitəsində, Xətai Rayon İcra Hakimiyyətində, Bakı Şəhər İcra Hakimiyyətində,  Azərbaycan Respublikasının Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2006-2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi vəzifəsində işləyib.

2014-cü ildən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində çalışır.

Bu təşkilatlara rəhbərlik etdiyi dövrdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən mədəniyyət sarayları, teatr müəssisələri, incəsənət məktəblərində müasir tələblərə cavab verən tikinti, əsaslı təmir, bərpa, yenidənqurma və konservasiya işləri həyata keçirilib.

Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidentinin 10 aprel 2014-cü il tarixli 371 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı və 23 aprel 2018-ci il tarixli 19 nömrəli Sərəncamı ilə  “Əməkdar mühəndis” fəxri adı ilə təltif olunub.

Azərbaycan Memarlar İttifaqının üzvüdür.

Ailəlidir.