Rəhbərlik
Mədəni irsin inkişafı və bərpası şöbəsi
Mədəni irsin qorunması üzrə nəzarət şöbəsi
Ümumi işlər sektoru

Pirimov Zöhrab Ziyaddin oğlu


Vəzifəsi:

Əlaqə nömrəsi:

E-poçt:

Rəis müavini

+994 12 489-08-23

z.pirimov@heritage.gov.az

Rəhbərlik

Zöhrab Ziyaddin oğlu Pirimov - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini

21 noyabr 1949-cu ildə anadan olub.

1966-cı ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub, 1969-cu ildə Azərbaycan Politexnik İnstitutuna köçürülüb və 1975-ci ildə həmin institutun  inşaat fakültəsini bitirib.

1967-1977-ci illərdə Politexnik İnstitutunda (sonradan İnşaat Mühəndisləri İnstitutu adlanan institutun) laborant, laboratoriya müdiri vəzifəsində çalışıb.

1977-2002-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin Baş Əsaslı Tikinti İdarəsində (mühəndis, şöbə müdiri, baş mühəndis, idarə rəisi) müxtəlif vəzifələrdə işləyib.

2002-2004-cü illərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.

2004-2007-ci illərdə Qusar Rayon icra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

2008-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində sektor müdiri, 2008-2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin baş mühəndisi   vəzifəsində çalışıb.

2015-ci ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışır.

Dövlət qulluğunun kiçik müşaviridir.

Ailəlidir, 3 övladı var.