Rəhbərlik
Mədəni irsin inkişafı və bərpası şöbəsi
Mədəni irsin qorunması üzrə nəzarət şöbəsi
Ümumi işlər sektoru

Cəfərova Könül Elxan qızı


Vəzifəsi:

Rəis müavini

Rəhbərlik

Könül Elxan qızı Cəfərova - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini

27 aprel 1968-ci ildə anadan olub

1985-ci ildə Bakı şəhəri 42 nömrəli orta məktəbi bitirib. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə 1995-ci ildən Qobustan Milli tarix-bədii qoruğunda başlayaraq elmi işçi, elmi-ekspozisiya və elmi-kütləvi şöbələrinin müdiri, elmi katib vəzifələrində çalışıb.

2005-ci ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində, 2006-cı ildən 2011-ci ilədək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, 2011-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Tarix-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsinin qoruqlarla iş, tarix-mədəniyyət abidələrinin monitorinqi və təbliği sektorunun müdiri vəzifəsində çalışıb.

2018-ci ilin iyul ayından Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub.

2016-cı ildə mədəni irsin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Dövlət qulluğunun kiçik müşaviridir.

İki övladı var.