Qubadlı
1 nömrəli türbə
Abidənin tarixi: | XIV əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli |
Abidənin inventar nömrəsi: | 308 |
Abidənin ünvanı: | Dəmirçilər kəndi |
Qubadlı rayonunun Dəmirçilər kəndi ərazisində iki qülləvari türbə vardır. Onlardan birincisi dağ çayı Ağaçayın sağ sahiİində yerləşir. Türbə planda səkkizbucaqlı formadadır. İçəridə qapı gözü qarşısındakı üzdə kiçik mehrab tağçası quraşdırılıb. İç divarlar yaxşı yonulmuş daşlarla üzlənib. Səkkizüzlü günbəzin dairəvi əsasına keçid künclərdə bütöv daşdan yonulmuş tromplar qoymaqla yerinə yetirilib. Trompların üstündəki karnizə sferik günbəz söykənir. Türbənin iç hündürlüyü 4,5 metrdir.
Türbənin bütün xarici üzləri Elxanilər dövrünün Arazboyu türbələri üçün səciyyəvi olan çiyinli dayaz tağlar şəklində işlənib. Şərq və qərb taxçalarının ortasında kiçik pəncərə gözləri qoyulub. Qapı gözü yer səviyyəsindən 1,2 metr yüksəklikdədir. Türbənin 5 metrə yaxın olan prizmatik korpusu səkkizüzlü piramidalı günbəzİə örtülmüşdür. Bu günbəzlə iç sferik günbəzin arası boş küplərlə doldurulmuşdur.