Qubadlı
2 nömrəli türbə
Abidənin tarixi: | XIV əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli |
Abidənin inventar nömrəsi: | 309 |
Abidənin ünvanı: | Dəmirçilər kəndi |
Qubadlı rayonunun Dəmirçilər kəndi ərazisində yerləşən və iki qülləvari türbədən biri olan bu türbə də Ağaçayın sağ sahil yamacının yanında, Dəmirçilər və Dondarlı kəndləri arasındadır. Əlverişli yerinə görə türbə hətta uzaq yerlərdən də yaxşı görünür. Onun da planı səkkizbucaqlı formadadır (bir tərəfi xaricdə 2,03 metr, daxildə 1,40 metrdir). Tikinti materialı, inşaat texnikası və memarlıq həllinə görə bu abidə birinci türbə ilə eynidir. Yalnız ikinci türbənin ölçüləri bir qədər iri (üst kameranın iç ölçüsü 6,2 metr, korpusun yerdən hündürlüyü 6,90 metrdir), xarici üzlərindəki çiyinli dayaz taxçaların forması isə bir qədər fərqlidir.