Şuşa

Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli

Abidənin inventar №-si: 353

Şəhər inkişaf etdikcə yerli və gəlmə tacirlər şəhərin Rasta bazar adlanan hissəsi boyunca müxtəlif ölçülü karvansaralar tikməyə başladılar. Onlardan biri də tacir Mirsiyabın övladlarından olan Ağa Qəhrəman Mirsiyab oğlu tərəfindən Rasta Bazarın başlanğıcında inşa edilmiş ikimərtəbəli karvansaradır. Sərt relyefdə tikilən karvansaranın şimal tərəfi küçədən bir mərtəbəli görünsə də,  cənub tərəfdən iki mərtəbəli olduğu bilinir. Birinci mərtəbəsi yalnız anbarlar üçün nəzərdə tutulan bu karvansaranın ikinci mərtəbəsi ticarət və tacirlərin yaşadığı yer kimi nəzərdə tutulmuşdur.