Şuşa

Aşağı Gövhər ağa məscidi

Abidənin tarixi: XVIII əsr
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli

Abidənin inventar №-si: 345

Gövhər ağanın sifarişi ilə memar Kərbəlayi Səfi xan Qarabağinin rəhbərliyi ilə Aşağı Gövhər ağa məscidi inşa edilmişdir. Məscidin minarələri fərqli olaraq arxa plana çəkilmiş ön planda isə xüsusi mədrəsə tikilmişdir. Minarələrində həndəsi formada yazılmış “Allah” ifadəsi burulan lent kimi təkrarlanır ki, biz buna bənzər ornamentləri Bərdə və Gəncə şəhərlərində yerləşən İmamzadələrdə, Bərdədə Alah-Allah türbəsində və s. tarixi tikililərdə də görürük.