Şuşa

Aslan Qaraşarovun yaşayış evi

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №-si: 5020

Aslan Məmməd oğlu Qaraşərovun evi düzbucaqlı olmaqla iki mərtəbədən ibarət olmuşdur. XIX əsrin sonlarında inşa edilən bina Şuşada tikilən ənənəvi evlərin nümunəsi sayıla bilər. İki sıralı pəncərə atmaları, yonulmuş guşə daşları və sal daşdan hazırlanmış haşiyələr bu ev üçün də xarakterikdir. Yaşayış evi işğal dövründə dağıdılmış və həmin ərazidə 3 ədəd  ev tikilmişdir.