Şuşa
Bəhmən Mirzənin yaşayış evi
Abidənin tarixi: | XIX əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli |
Abidənin inventar №-si: 5141
Qacar nəslindən olan Bəhmən Mirzənin evi Köçərlilər məhəlləsinin aşağısında “əringəldi” yolunun üstündə inşa edilmişdir. Düzbucaqlı plan quruluşu olan bina ikimərtəbəli tikilmişdir. Binanın cənub tərəfindən divar boyu taxta pilləkən quraşdırılmış və pillələrin üstü xüsusi damla örtülmüşdür. Pəncərə və qapıların ətrafı, binanın tinləri yonma guşə daşları ilə işlənmişdir.