Şuşa

Bulaq

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №-si: 5045

Təmiz yonulmuş yerli daşdan inşa edilən Hacı Yusifli məhəllə bulağı, məscidin yanında tikilməklə dörd bucaqlı plan qruluşuna malik olmuşdur. Həcmcə Şuşadakı məhəllə bulaqlarından ən kiçiyi olan bulaq birgözlü olmuş və ağac konstruksiyalı örtüklə bağlanmışdır. Bulağın baş fasadı məhəllə meydanına açılırdı.