Şuşa
Bulaq
Abidənin tarixi: | XIX əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli |
Abidənin inventar №-si: 5046
Şuşanın yuxarı məhəlləsində Real məktəbin yaxınlığında inşa edilən bulaq digər məhəllə bulaqlarına nisbətən daha iri həcmə malikdir. Düzbucaqlı plan quruluşu olan bulağın birkameralı çəni nisbətən dərindir. Baş fasadı yonulmuş daşla yığılan bulağın yan fasadları adi daşla hörülmüş və Şuşaya xas olan doldurucu forma ilə tikişlərlə qapanmışdır. Üç gözü olan bulaq səki səviyyəsində tikilməsi üçün ətrafdakı relyef qazılaraq xüsusi girintili yuva düzəldilmişdir.