Şuşa
Bulaq
Abidənin tarixi: | XIX əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli |
Abidənin inventar №-si: 5048
Köçərilər məhəlləsində inşa edilən iki bulaqdan biri digərindən həcmcə böyük inşa edilmişdir. Kiçik həcmli digər bulaqdan fərqli olaraq bu bulaq şəhərin yuxarı hissəsinə istiqamətlənən yolun kənarında tikilərək piyadaların istifadəsi üçün nəzərdə tutulmuşdur. Digər məhəllə məscidlərinin yanında inşa edilən bulaqlar eyni zamanda dəstəmaz almaq üçün istifadə olunardı. Baş fasadı təmiz yonulmuş daşdan işlənmiş bu bulağın üç çıxış gözü var. Yonma naxışlarla və haşiyələrlə bəzədilmiş bulağın baş fasadı üç bərabər hissəyə bölünmüşdür. Digər fasadlar isə Şuşaya məxsus doldurucu forma ilə tamamlanmışdır.