Şuşa
Bulaq
Abidənin tarixi: | XIX əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli |
Abidənin inventar №-si: 5067
Şuşanın ilkin məhəllələrindən olan Çuxur məhəllə bulağı dördbucaqlı formalı olmaqla bir kameradan ibarətdir. Şərq tərəfə yönəlmiş baş fasad təmiz yonulmuş daşdan işlənmiş və haşiyələrlə dörd yerə bölünmüşdür. Aşağı səviyyədəki üç bölgünün hər birində su çıxışı qoyulmuş, üst bölgüdə isə sadə haşiyələrlə çərçivələnmiş oyma naxışlar həkk olunmuşdur.