Şuşa

Bulaq

Abidənin tarixi: Tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №-si: 5095

Aşağı Gövhər ağa məscidinin cənub tərəfindəki küçədə inşa edilən bulağın fasadı təmiz yonulmuş daşla işlənmişdir. Sadə haşiyələrlə fasad dörd hissəyə bölünmüşdür. Aşağıdakı üç hissənin hər birindən su çıxışları qoyulmuş, yuxarıdakı dördüncü hissədə isə sadə haşiyələnmiş çərçivələr həkk olunmuşdur. Su çıxışlarının səviyyəsinə görə su kamerasının daha yuxarıda olduğu görsənir.