Şuşa

Bulaq

Abidənin tarixi: Tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №-si: 5099

İki küçənin kəsişməsində yerləşən bulağın baş fasadı yonulmuş yerli daşdan inşa edilmişdir. Digər Şuşa bulaqlarına xas olan sadə haşiyəli bölgülər bu bulaqda öz əksini tapmışdır. Üç hissəyə bölünən aşağı səviyyənin hər birində su çıxışları qoyulmuşdur. Dam örtüyü ağac konsturksiyası ilə işlənmiş və kirəmitlə ötülmüşdür.