Şuşa

Bulaq

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №-si: 5165

Yerli tacir Səməd ağa Cavanşir içməli su problemini həll etmək üçün Mamay məhəlləsinə su xətti çəkdirmiş  və hicri təqvimi ilə 1318-ci, miladi təqvimi ilə 1899-1900-cu illərdə  bu  bulağı  tikdirmişdir. Mamayı Şuşada yerləşən yuxarı məhəllələrdən birinin adıdır. Bulaq da bu adla bağlıdır . Tikili kifayət qədər yığcam (4,95 x 5,70 ölçüsündədir) və düzbucaqlı formadadır. Baş fasad təmiz yonulmuş daşla işlənərək haşiyələrlə dörd yerə bölünmüşdür.