Şuşa

Bülbülün evi

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli

Abidənin inventar №-si: 373

Bülbülün evi  XIX əsrin sonlarında Şuşada inşa edilən bir mərtəbəli evlərin nümunəsidir. İç-içə bir neçə otaqdan ibarət olan bu evlərin qarşısında eyvan quraşdırılardı. Yerli daşdan inşa edilən bu evin pəncərə atmaları sal daşdan yonulmuş, guşə daşları isə müxtəlif ölçülü iki üzü yonulmuş daşla yığılmışdır. Pəncərələrə döymə metal barmaqlıq qoyulmuşdur.