Şuşa
Cabbar Qaryağdıoğlunun evi
Abidənin tarixi: | XIX əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli |
Abidənin inventar №-si: 380
Azərbaycanın görkəmli xanəndəsi Cabbar Qaryağdıoğlunun evi şəhərin Seyidli məhəlləsinin ən yüksək nöqtələrtindən birində inşa edilmişdir. Bu binanın da fasadları Şuşaya xas olan tikiş doldurma üslubu ilə işlənmişdir. Alaqapıdan başqa evin özünün xüsusi küçədən giriş qapısı vardır. İki mərtəbəli binanın birinci mərtəbəsi həyət tərəfdən sütunlarla həll olunmuş və sivri tağlarla tamamlanmışdır. İç tərəfdə-ikinci mərtəbədə xüsusi eyvan quraşdırılmışdır.