Şuşa
Cəfərqulu ağanın yaşayış evi
Abidənin tarixi: | XIX əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli |
Abidənin inventar №-si: 5038
Cəfərqulu ağanın yaşayış evi yuxarı məhəllələrdən birində nisbətən əlverişli relyefdə inşa edilmişdir. Yerli daşdan tikilən binanın sivri şəkildə olan pəncərə atmaları sal daşdan yonulmuşdur. Daxili fasadda digər Şuşa evlərinə xas olan taxta eyvanlar quraşdırılmışdır. İkinci mərtəbədəki eyvanlar isə şüşəbəndlə bağlanaraq fasada xüsusi gözəllik vermişdir. Taxta pillələrlə ikinci mərtəbə ilə əlaqə yaradılmış və metal məhəccərlə işlənmişdir. Pəncərələr eyvandakı məhəccərlərin oxşarı olan metal barmaqlıqlarla qapadılmışdır.