Cəbrayıl

Çələbilər məscidi

Abidənin tarixi: XIII—XIV əsrlər
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli
Abidənin inventar nömrəsi: 4170
Abidənin ünvanı: Çələbilər kəndi

Cəbrayıl rayonunun Çələbilər kəndi ərazisində tikintisi XVI əsrə aid olan bu əzəmətli məscid Məhəmməd İbn Hacı Qaraman Əhmədli tərəfindən hicri təqvimi ilə 1088, miladi təqvimi ilə 1678-ci ildə tikilib. Dini və dünyəvi elmlərin tədris edildiyi bu məscid-mədrəsədə tanınmış din xadimləri, alimlər, o cümlədən məşhur Azərbaycan şairi Molla Vəli Vidadi də dərs keçmişdir.

Məscid kompleksinin ərazisində tədris üçün xüsusi otaqlar, hücrələr olmuşdur.

İşğaldan əvvəl məscid-mədrəsə kompleksi yüksək səviyyədə bərpa olunmuş, ilkin formasına gətirilmişdir. Lakin işğal dövründə təsərrüfat məqsədilə istifadə olunmuşdur.