Şuşa

“Çöl Qala” bulağı

Abidənin tarixi: XVIII əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №-si: 5101

“Çöl Qala” bulağı eyni adlı məhəllədə yerləşir. Çöl qala məhəlləsi Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biridir. Qala divarlarına ən yaxın olduğundan belə adlandırılmışdır. Məlumatlara görə bulaq yerli sakinin sifarişi ilə usta Hacı Nasir Rza oğlu Məhərrəm tərəfindən tikilmişdir. “Çöl Qala” bulağı balaca ölçülərinə ( 4.90 x 4.50 x 4.60 m) baxmayaraq meydanın əsas elementlərindən biridir.