Şuşa

“Çöl Qala” məscidi

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №-si: 5103

Şuşanın ilkin  məhəllələrindən olan Çöl Qala məhəlləsinin məscidi düzbucaqlı olmaqla üç hissədən ibarətdir: 1-tağlı giriş hissəsi, 2-kişilərin ibadət zalı, 3-qərb divarda girişi olan ikinci mərtəbədə yerləşən qadınların ibadət yeri. Digər məhəllə məscidləri kimi “Çöl Qala” məscidində də azan vermək üçün gül dəstəsi vardır. Məscidin fasadında yonma guşə daşları, sütunlar, sivri sal daş atmalar və iri daş pillələr işlənmişdir.