Cəbrayıl
Daşkəsən kənd məscidi
Abidənin tarixi: | XIX əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli |
Abidənin inventar nömrəsi: | 4172 |
Abidənin ünvanı: | Daşkəsən kəndi |
Daşkəsən kəndindəki məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmışdır.
Məscidin düzbucaqlı ibadət zalında 2 sırada qoyulmuş 6 taxta sütun tavan örtüyünü saxlayırdı. Qadınlar yerləşgəsi daha incə sütunlar və taxta məhəcərlə əsas ibadət zalından ayrılırdı.
1992-ci ildə məsciddə bərpa işləri aparılmışdır.
Məscidin giriş qapısının sağ və sol hissəsində kitabələri vardır. Kitabələrdən birində məscidin Hicri 1323-cü il tarixində (miladi 1905-ci il) inşa olunduğu qeyd olunur.