Qubadlı

Dəmirçilər məscidi

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli
Abidənin inventar nömrəsi: 4703
Abidənin ünvanı: Dəmirçilər kəndi

Qubadlı rayonunun Dəmirçilər kəndindəki məscid xarici görünüşü ilə Dondarlı məscidini yada salır. Dəmirçilər kəndindəki məscidin interyerində iki sütun qoyulub. Damında isə azan verilməsi üçün “güldəstə” quraşdırılmışdır.

Məscidin interyeri üç tərəfdən qoyulmuş bir cüt pəncərələrlə yaxşı işıqlandırılır. Məsciddə tavan günbəzlə örtülüb, dam örtüyü yamaclı şəkildə tamamlanmışdır.

 XVIII və XIX yüzilliyin yadigarı olan Dəmirçilər məscidi də digər məscidlər kimi erməni vandalizminin qurbanı olmuşdur.