Şuşa

Əsəd bəyin evi

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli

Abidənin inventar nömrəsi: 343

Abidənin ünvanı: Şuşa şəhəri

 

Şəhərin şimal hissəsində, Cavanşirlər nəslinə aid olan evlərin əhatəsində inşa edilən Əsəd bəyin evi yerli daşdan və qırmızı kərpicdən inşa edilmişdir. Tavanlarda taxta şəbəkələrdən istifadə olunmuşdur. İri pəncərələr rəngli şüşəli şəbəkələrlə həllini tapmışdır.