Şuşa
Firidun bəy Köçərlinin evi
Abidənin tarixi: | XIX əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli |
Abidənin inventar №-si: 374
Firidun bəy Köçərlinin evi Köçərli məhəlləsində yaşıllıq içərisində tikilmişdir. Şəhərin nisbətən yuxarı hissəsində yerləşən bu bina da yerli memarlıq üslubuna uyğun olaraq inşa edilmişdir. Bir mərtəbəli olan tikili bir neçə otaqdan ibarətdir. Binanın fasadında Şuşaya xas olan “tikişdoldurma üslubu” saxlanılmışdır.