Şuşa

Firudin bəyin evi

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli

Abidənin inventar №-si: 371

Firudin bəyin evi ənənəvi Şuşa memarlığı üslubunda yerli daş materialından inşa olunub. Pəncərələrin və qapıların ətraflarının işlənməsi, darvazaların sərt ağacdan düzəldilməsi və pəncərələrə vurulmuş metal barmaqlıqların həlli ənənəyə uyğun olaraq bu tikilidə də saxlanılmışdır.