Şuşa
Gəncə qapısı
Abidənin tarixi: | XVIII əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli |
Abidənin inventar №-si: 356
Şuşa qalasının dörd giriş qapısı olmuşdur. Mənbələrdə göstərildiyi kimi qapılardan biri XIX əsrin sonlarında Şuşa türməsi tikilərkən sökülmüşdür. Gəncə, İrəvan və Ağoğlan istiqamətində tikilən qapılar eyni adlarla adlanmışdır. İrəvan qapısı tam sökülsə də Ağoğlan qapısının bürcləri qalmış, Gəncə qapısı isə yarıdağılmış halda mövcuddur.