Şuşa
Hacı Dadaşın evi
Abidənin tarixi: | XIX əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli |
Abidənin invenAtar №-si: 5125
Təzə məhəllənin şərq tərəfində, Köçərlilər küçəsində inşa edilən tacir Hacı Dadaşın evi ikimərtəbəlidir. Birinci mərtəbədəki küçəyə açılan pəncərələrin iri ölçülü olması bu yerləşgələrin ticarət üçün nəzərdə tutulduğunu göstərir. Küçəyə açılan irihəcmli daşlarla haşiyələnən giriş qapısından taxta pillələrlə ikinci mərtəbəyə qalxmaq mümkündür. İç həyətdə birinci mərtəbə taxta sütunlarla eyvan kimi həll olunsa da, ikinci mərtəbə şüşəbəndlə tamamlanmışdır.