Şuşa
Hacı Əlibalanın yaşayış evi, Kəblə Azadın yaşayış evi
Abidənin tarixi: | Tarixi: XIX əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli |
Abidənin inventar №-si: 5097, 5098
İki hissədən ibarət olan yaşayış evləri Şuşanın tanınmış tacirləri Hacı Əlibalaya və Kəblə Azada məxsusdur. Sərt relyefdə və mərkəzi küçələrdən birində inşa edilən yaşayış evlərinin birinci mərtəbələri açırımların ölçüsünə müvafiq olaraq ticarət üçün nəzərdə tutulmuşdur. İkinci mərtəbələr isə çoxotaqlı olmaqla yaşayış üçün hesablanmışdır. Hər iki hissənin ikinci mərtəbə ilə əlaqəsi daxili taxta pillələrlə təmin olunurdu.