Şuşa

Hacı İbadın evi

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №-si: 5102

Şuşanın xarakterik tikililərindən biri olan Hacı İbadın evinin küçə fasadı guşə daşları və pəncərə sivri atmaları ilə işlənmişdir. Sərt relyefdə tikilən bina küçə tərəfdən ikimərtəbəli olsa da, daxili həyətdən üçmərtəbəli kimi nəzərə çarpır. Relyefdən məharətlə istifadə edilərək zirzəmi yaradılmış və zirzəmi hissə bişmiş kərpiclə tağ formasında örtülmüşdür. İç fasadın ikinci mərtəbəsindən şüşəbənd quraşdırılmış, birinci mərtəbə isə sütunlarla işlənmişdir. Mərtəbələr arasında əlaqə eksteryerdəki taxta pillələrlə həyata keçirilir.