Şuşa
Hacı Məmməd Bağırın yaşayış evi
Abidənin tarixi: | XIX əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli |
Abidənin inventar №-si: 5114
Mərdinli məhəlləsinin kənarında yerləşən Hacı Məmməd Bağırın yaşayış evi ikimərtəbəli zirzəmili binadır. Rasta Bazara paralel küçədə inşa edilən binanın qapı, pəncərə və eyvanlarının həlli xüsusi zövqlə işlənmişdir. Birinci mərtəbədəki iriölçülü açırımlar buranın ticarət məqsədilə tikildiyini göstərir. Keçidə maneə yaranmaması üçün döngədə tikilən binanın birinci mərtəbəsinin tini 45 dərəcə kəsimlə tikilmişdir.