Şuşa

Hacı Məmmədin yaşayış evi

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №-si: 5083

Rasta Bazara paralel küçədə-Mərdinli məhəlləsində yerləşən Hacı Məmmədin yaşayış evi iki mərtəbəli olmaqla mürəkkəb plan quruluşuna malikdir. Sal daşdan yonulmuş giriş qapısının haşiyələri və pəncərələrin iki sıralı atma tağ daşları fasada xüsusi gözəllik verir. Şimal tərəfdəki daş yonma haşiyəli darvazalar isə fasadı daha da zənginləşdirir. Daxili fasadlar Şuşaya xas olan şüşəbəndlərlə işlənmiş, metal məhəccərlər və pəncərə barmaqlıqları ilə bəzədilmişdir.