Şuşa

Hacı Sadığın yaşayış evi

Abidənin tarixi: XVIII əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №-si: 5100

Hacı Sadığın yaşayış evi tikilmə üslübü və memarlıq həllinə görə XIX əsrin ikinci yarısı, XX əsrin əvvəllərində Şuşada inşa olunmuş digər yaşayış evləri ilə oxşarlıq təşkil edir. İkimərtəbəli yaşayış evi geniş həyətyanı sahəyə malikdir. Həyətyanı sahəyə baxan ikinci mərtəbədə aynabəndli eyvan quraşdırılmışdır.