Şuşa
Hacı Yusifli məscidi
Abidənin tarixi: | Tarixi: XIX əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli |
Abidənin inventar №-si: 5089
Pənah xanın göstərişi ilə Aran və Muğan zonasından Şuşanın inşası üçün cəlb olunan tayfalar sıx yaşadıqları məhəllələrə tayfalarının və ya özlərinin adlarını verərdilər. Məhəllə salındıqca məscid, bulaq, meydan inşa edilərdi. Düzbucaqlı plan quruluşu olan və ilkin məhəllə məscidi olan Hacı Yusifli məscidi də üstündəki kitabədən göründüyü kimi Hacı Yusif ağa Hacı Rəhim ağa oğlu Muğanlının adından götürülmüşdür. Məscidin iki ibadət zalı və quruluşu digər məhəllə məscidləri ilə oxşardır.