Qubadlı

Hacıbədəl körpüsü

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli
Abidənin inventar nömrəsi: 4705
Abidənin ünvanı: Dondarlı kəndi

Körpü XIX əsrdə Dəmirçilər kənd sakini Hacı Bədəl tərəfindən Ağaçay çayı üzərində tikdirilmişdir. Körpünün inşasında put daşdan (xüsusi bəzək vurmaqla), əhəng və yumurta sarısından istifadə olunmuşdur. Körpü 15 kəndin rayon mərkəzi ilə əlaqəsini təmin etmişdir.

Körpünün son dərəcə maraqlı arxitekturası vardır. Tağbənd formasında tikilmiş körpünün ortasında dayaqlar qoyulmamışdı. Belə etməkdə məqsəd kükrəyib daşan dağ çayının maneəsiz axını üçün idi.