Laçın

Həmzə Soltan Sarayı

Abidənin tarixi: 1761
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli
Abidənin inventar nömrəsi: 4727
Abidənin ünvanı: Hüsülü kəndi

Həmzə Soltan sarayı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmışdır.

XVIII əsrdə tikilməsi ehtimal edilən sarayın tikintisində şərq memarlıq ənənələrindən geniş istifadə edilmişdir. Tavanları qalın yan divarlara bərkidilən saray ikimərtəbəli olmaqla xeyli sayda yardımçı otaqları və divanxanaları vardır. Saray əvvəl böyük bir kompleks təşkil etsə də, dövrümüzə ondan yalnız bir saray binası qalmışdır. Rayonun işğalından sonra kəndin adı dəyişdirilmiş, Həmzə Soltan sarayı isə təmir edilərək qonaq evi kimi istifadəyə verilmişdir.