Şuşa
İkimərtəbəli karvansara
Abidənin tarixi: | XIX əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli |
Abidənin inventar №-si: 346
XIX əsrin ikinci yarısında Rasta bazar və Şeytan bazar ticarət məhəllələrinin qərb tərəfində yeni karvansaralar meydana gəlməyə başladı. Bu karvansaralardan biri 1880-ci ildə yerli tacir Məşədi Şükür Mirsiyab oğlunun sifarişi ilə inşa olunmuş karavansaradır. İkimərtəbəli karvansaranın birinci mərtəbəsində ticarət yerləri, ikinci mərtəbəsində isə tacirlərin qalması üçün nəzərdə tutulmuş otaqlar yerləşirdi. Karvansaranın şimal tərəfində ikinci mərtəbədə məscid tikilmişdir.