Şuşa

İsa bulağı

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli

Abidənin inventar №-si: 349

İsa bulağı dəniz səviyyəsindən 1600 m yüksəklikdə, çox mənzərəli qalın meşələr qoynunda yerləşən səfalı istirahət guşəsidir. Qarabağın ən məşhur istirahət yeri hesab olunan İsa bulağının adının onu aşkar etmiş şəxslə bağlı olduğu guman edilir. Təbiət abidəsi sayılan bulaq qayadan sızılaraq çıxır. Digər dağ bulaqları kimi yayda sərin olan suyun tempraturu qışda nisbətən isti olur.