Şuşa

Köçərli məscidi

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli

Abidənin inventar №-si: 5145

Köçərli məscidi eyni adda olan məhəllənin ərazisində inşa edilmişdir. Digər məhəllə məscidlərindən fərqli olaraq, Köçərli məscidinin baş fasadı çoxsaylı dairəvi daş sütunlar və sivri daş atmalarla həll olunmuşdur. Üç hissədən ibarət olan məscidin orta ən iri hissəsi kişilərin ibadət yeri, şimal tərəfdəki hissə qadınların ibadət yeri, cənub tərəfdəki hissə isə idarə binası kimi istifdadə olunmuşdur.